İŞİD Səudiyyə Ərəbistanının Damam şəhərində şiə məscidini partladıb. Hadisə zamanı dörd nəfər həyatını itirib. Partlayışdan bir neçə saat sonra İŞİD internet vasitəsilə məlumat yayaraq hadəsəyə görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Qeyd edək ki, İŞİD ötən həftə də Səudiyyənin şərqindəki Katif kəndindəki məscidi bombalamış, nəticədə 21 nəfər ölmüş, 102 nəfər yaralanmışdı.
Gültəkin