Ukraynalı nümayəndədən differensasiya təklifi
Ukraynanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev hesab edir ki, Avropanın “Şərq Tərəfdaşlığı” Proqarmına yenidən baxmaq – Azərbaycan, Belarus və Ermənistanı ayırmaq lazımdır. Bu bərədə K.Yeliseyev bu gun 8-ci Kiyev Forumunda bildirib.
“Biz “Şərq Tərəfdaşlığı” siyasəti çərçivəsində differensasiya siyasətini təmin edə bilərik. Mənə elə gəlir ki, artıq üç ölkəni – Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmaq lazımdır. Biz bunu Riqa sammitində etməyə çalışdıq. Bizim Ukrayna, Gürcüstan və Moldova ilə bağlı razılaşdırılmış üçtərəfli bəyanatımız oldu. Yəni, dəqiq differensasiya", – deyə ukraynalı diplomat vurğulayıb.
Strateq.az