Milli Şuranın 30 may mitinqi ilə bağlı qurumun üzvləri Fuad Qəhrəmanlı və Namizəd Səfərov təşkilatçılar kimi Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. İdarədə onlarla BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər Prokurorluğunun nümayəndəsi görüşüb.
Təşkilatçılardan aksiyanın qanunlar çərçivəsində və asayişin qorunması ilə keçirilməsini təmin etmək istənilib. Bildirilib ki, hüquq-mühafizə orqanları mitinqin təhlükəsiz şəraitdə keçməsi üçün üzərinə düşən bütün vəzifəni yerinə yetirəcək.
Təşkilatçılar adından da mitinqin qanuna uyğun və elan olunan tələblər çərçivəsində keçiriləcəyinə təminat verilib.
BŞBPİ-dəki görüş barədə azadliq.info-ya Fuad Qəhrəmanlı məlumat verib.
Yeri gəlmişkən, F.Qəhrəmanlı mitinqə hazırlıq işlərinin də yekunlaşdığını deyib.