İsveçrənin Sürix şəhərində FİFA-nın 65-ci Konqresinin keçirildiyi binaya bomba qoyulması xəbəri yayılıb.
"Report"un məlumatına görə, bu barədə Almaniya mətbuatı xəbər verir.
Xəbəri Sürix polisi də təsdiqləyib.
Qeyd edək ki, Konqresdə FİFA-nın növbəti 4 il müddətinə prezidenti keçiriləcək. Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edirlər (virtualaz.org).