«Əsəd rejiminin çöküşünə çox qalmayıb»
«Əl Qaidə»nin Suriyadakı qanadı olan «Nusra cəbhəsinin» lideri Əbu Muhəmməd Colani il yarımlıq fasilədən sonra ilk dəfə açıqlama verib. «Əl Cəzirəyə» qonaq olan Colani müsahibə boyu üzünü qapalı saxlayıb. O, ələviləri «Allahı və İslamı tərk edənlər» adlandıraraq onlardan silahı yerə qoymağı istəyib: «Silahlarını yerə qoysalar, Əsəddən ayrılsalar, adamlarını onun üçün savaşmağa göndərməsələr, İslam yoluna qayıtsalar, o halda qardaşlarımızdılar».
Suriya ilə bağlı qarşıdakı hədəfləri açıqlayan Colani rejimi devirmək üçün diqqəti əsasən Şama yönəldəcəklərini bildirib: «Sizi əmin edirəm ki, Əsəd rejiminin çöküşü çox vaxt almayacaq». Suriyanın cənubundakı Dera şəhərindən şimaldakı İdlibə qədər ölkə boyu əsas qüvvə olduqlarını deyən Colani «bunu hamı bilir və hörmət edir» deyə bildirib.
Gültəkin