Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» bitiyindəki azərbaycançılıq, türkçülük, islamçılıq, qafqazçılıq, rusluq ideyaları
Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru
Qafqazın Nizamidə sadə, coğrafi bir anlam deyil, geopolitik baxımdan – qövmi, ictimai və siyasi bütün ünsürlərilə bir məsələ olaraq dəxi, əksləri vardır. Nizami Gəncəlinin yazdığına görə: “Iskəndər Çində ikən ruslar Qafqaza axın edirlər. Bərdəni yağma ilə Nüşabəni əsir alırlar. Iskəndərin ordusu ilə bərabər Çində Abxaz əmiri Duvali Qafqazdan qaçıb ona gələn birisindən olayı xəbər alır. Faciəni bütün çılpaqlığı ilə Iskəndərə ərz edir. Bu məruzəsində Duvali deyir:
başlanğıcı ötən saylarımızda
”Raxın edərək Dərbənd bölgəsinə girmiş, gəmilərlə dənizə açılmış, sahillərə çoxlu müharib çıxarmışlar, əski xınçlarını təzələmiş, oraları yaxmış, yıxmışlar, əllərinə nə keçmişsə alıb götürmüşlər. Anbarlarda nə yeyəcək, nə də geyəcək buraxmışlar. Xəzinəni boşaltmışlar, tacdakı almazları qoparmışlır, taxtdakı dibaları sökmüşlər, Bərdə mülkünü yıxmışlar, zənginlik daşan bu kəndi tamamilə yağma etmişlər, gördüyümüz bunca nazəninlərdən tək birisini sağ buraxmamışlar, nəhayət, Nüşabəni də əsir edərək özlərilə bərabər götürmüşlər!".
Məhəmməd Əmin Rəsulzadə Rusların “geopolitik xəstəlik”indən doğmuş indi də sürən axmaqlıqlarını “tarixin zərgəri” Nizami Gəncəlinin dilindən belə anladır: “Durumu bu surətlə anlatdıqdan sonra Duvali Iskəndərdən yardım diləyir və məruzəsinə bunları da əlavə edir: ”Görəcəksiniz, bir neçə gün sonra Rum ilə Xorasanı dəxi, təhdid edəcəklər!".
“Faciəni öyrənən Iskəndər təəssür və hiddət içində bunları söyləyir: ”Bir yola çıxaq da, görürsünüz nə qədər Rus qafası uçuracağam. Dünyada nə Rusdan, nə də ona uyan Burtasdan bir əsər buraxmayacağam. Bu xıncı ruslardan almazsam, mən Iskəndər deyil, bir köpəyəm. Burtasın ciyərini yırtmazsam, ondan da, Rusdan da betər bir məxluqam!".
“Şeirlərini ana sevgisilə bəsləyən” Nizami Gəncəli Rum, Rus ordularının savaşını geniş anladır. Oxucularını bilgiləndirmək istəyən Məhəmməd Əmin də bu soruna böyük yer verir: “Rus ordusu ilə Rum ordusunun qarşılaşmaları şair tərəfindən təfsilatla anladılmaqdadır. Bu təfsilata görə , ruslara Rum padşahının böyük bir ordu ilə gəldiyi xəbər verilmiş. Bu xəbərə görə, Rum ordusu yel sürətilə gələn bir dağ kimi imiş, yürüşündən yer sarsılırmış. Bu orduda çelikdən zirehlərə bürünmüş iki yüz fil varmış ki, ”yerin qanını qaynadırlarmış".
Rus ordusunun komandanı bu durumu görüncə tədbir almış: “yeddi Rusdan” toplanan bir ordu vücuda gətirmiş, “Burtas, Alan və Xəzran”dan dəxi, topladığı adamlardan adəta “bir dəniz və dağ” yaratmış, buradan ta Qıpçaq çölünə qədər yer üzünü qılınclılar və dəmir geyimlilərlə doldurmuşdur. Sayılması mümkün olmayan bu ordunun sadəcə, cəbhə tərəfi 900 mini aşırmış".
Məhəmməd Əmin bəy burada “sözün şahlar şahı” Nizaminin də önəm verdiyi bir soruna toxunur: “Iskəndər ”millətlərdən mürəkkəb" bu toplantıda bir nitq verir. Bu nitqində o, düşmənin qüvvət cəsarətini qeyd etməklə bərabər zəifini də göstərir.Qüvvətləri cahilliklərindən gələn rusların təbiətcə üstün qüvvətlərinə qarşı silah bilgi qüvvətilə üstün gələcəyik, deyir" sözləri indi də dəyərini itirməmişdir.
Bütün ömrü boyu Azərbaycanın başının üstündəki “Rus bəla”sının çözüm yollarını aramış Məhəmməd Əmin Rəsulzadə böyük amacla yazır: “Silah arxadaşlarına və ümid vermək içinIskəndər nitqində politik bir nöqtəyə dəxi, işarə edir. Çox önəmli olan bu nöqtəni qeyd etmədən keçə bilməyəcəyik. Iskəndər Rusordusundan zatən əndişə etmədiyini, ”çünki dağlardan axan sellərin müttəfiqlərə müsaid" olduğunu qeyd etməklə bərabər, sözünə belə davam edir: “Xəzər dağından Çin dənizinə qədər bütün yerlər üst-üstə türklərlə doludur. Türklərin rumlarla əqrabalığı yox və Rusdan ziyadə Rumlara qarşı kin bəsləyirlərsə də, bu yerdəki türklərin oxları ilə rusları devirmək çox qolaydır”.
“Iskəndərnamə”də önəm verilməli bir sorun da vardır: “Iskəndərin özü tərəfindən yenidən ”silahbatmaz, gücyetməz və adamabənzəməz Rus divi"nin, ustaca atılan bir kəmənd vasitəsilə sürüklənib bağlanması üzərinə, başlanan “cənge məğlube”,"vəhşi rusların" qaçması, Qıntalın əsir düşməsi, Qafqazın istiladan qurtulması ilə tamam olur. Mədəni dünya ordusu qalib gəlir. Bu zəfərin önəmini Nizami Rus komandanı Qıntala “bu yerləri ələ keçirirsək, aləmi yenər, bütün dünyanı tutar, cahana hökmranlıq edərik”.
Bunu gözə alan Məhəmməd Əmin Rəsulzadə yazır: Şair qarşılaşan bu iki düşmən qüvvəniəsatir qaranlıqlarına bürüdüyü Iskəndər dövrü kimi, uzaq bir zaman içində çarpışdırırsa da, cızdığı tablo və yürütdüyü mühakimələrlə təsvir etdiyi mücadiləni sadə, öz çağı için deyil, bu gün dəxi, aktual olançox həyati həyati fikirlərlə canlandırır. Şairin Rus komandanına ətf etdiyi Qafqaz səfəri haqqındakı aləmşümul əhəmiyyət və Iskəndərin Türk dünyası ilə Qafqaz məsələsi və Rus təhlükəsi arasındakı münasibətə aid irəli sürdüyü əskəri və siyasi mütaliə nəhayət, Qafqaza enən rusluğun bütün Yaxın Doğu için böyük bir qorxu oluşu bu gün dəxi, zehinləri məşğul edən ana düşüncələrdən deyilmidir?!
Rus bəlasından qurtulmanın tarixi və öz çağının geopolitik yönlərini gözə alan Məhəmməd Əmin “qulağını tutanlardan qaçıb gizlənmək istəyən” Nizami Gəncəlinin yaratdığı eybəcər Rus tipini canlandırmaqla elə bil, Azərbaycan Cümhuriyətini devirmiş Rus-erməni-sovet-mason bolşefaşistlərindən öc almışdır.
Məhəməmd Əmin bəy öncə Duvalinin Iskəndərə Rus haqqında dediyi qoşa sıranı verir: “Adamlıq gözləməz bir kimsə Rusdan ki, bənzər insana yalnız baxışdan!”. Bilgin baxışlarını sürdürür: “Xəzər dənizi qıyılarının əvvəlki bölümdə verilən təfsilatdan anlaşıldığı üzrə, zaman-zaman Rus quldurlarının yağmaçı hücum və basqınlarına uğraması bura əhalisində şübhəsiz, qanlı xatirələr halında yaşamışdır.
Nizamidə təsvir olunan Bərdənin yağması ilə Nüşabənin əsir götürülməsinə aid vəhşiliklərdə xalq içində daim təzə qalan bu xatirənin acı əksini görmək yersiz olmaz. Nizami zamanında bu acı xatirələrin daha qüvvətlə yenilənmiş olduğunu təxmin etmək də çox yerindədir. Məlum olduğu üzrə, o dövrdə Şirvanlılar Şah Axsitanın zamanında axınçı ruslarla şiddətlə savaşmış, Dərbənd, ilə Şabranı bunların qəsbkar əllərindən qurtardıqları kimi, Bakı limanı ilə Lənkəran altındakı Sarı limanında 73 gəmidən ibarət bir Rus filotunu məhv etmişlər.
Şirvan sarayının rəsmi şairi Xaqani tərəfindən tarixi bir qəsidə halında təsvir olunan bu savaş şübhəsiz, əski Rus vəhşiliklərinə aid qanlı lejanların xatirələrdə yenidən canlanmasına səbəb olmuşdur. Eyni zamanda bu amillərin təsirilə təcavüzə uğrayan və bundan daim əndişədə olan xalqın muhəyələsində Rus iyrənc və qorxunc bir tip şəklində təsəvvür edilmişdir. Xalq ədəbiyyatı (folklor) bilgisilə uğraşanlar div dediyimiz, insana bənzəməyən qorxunc məxluqların çox əski çağlarda dədələrimizə müsəllət olmuş düşmənlərin nəsildən-nəslə nəql olunmuş xəyallarından başqa bir şey olmadığını bilirlər.
Orta çağ Doğu ədəbiyyatında qanlı izlər buraxan Rus axınçılarının bir tip olaraq necə təsvir edildiklərini görmək, bizə ozamankı “Rus divi” haqqında bir fikir verə bilir. Nizamidə bu baxımdan maraqlı təfsilat vardır. Bu təfsilatdan çıxarılan məlumata görə, Rus tipi “pişik gözlü” (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. Ictimai baxımdan ibtidai bir mərhələdədir. Din etibarı ilə mədəniyyətdən çox uzaq, tək Tanrı fikrindən yoxsul qalmış bir fetişist. Yabanı bir həyat yaşar. Zəngin qonşularını yağma etməklə keçinir. Vücudca iri və güclüdür. Atılqan, cəsarətli və qovqaçıdır. Fəqət silahları ibtidaidir. Məlumatdan məhrumdur. Ruslar bilgisizdirlər. Cəsarətləri cahilliklərilə mütənasibdir. Yeddi tayfadan ibarətdirlər. Sayca qələbəlikdirlər. Qonşuları Alanlar, Burtaslar və Xəzərlərlə gah barışda və müttəfiq, gah da savaşda və düşməndirlər.
Məhəmməd Əmin Rəsulzadə Nizaminin Rus Ordusu haqqında dediyi bilgiləri bizə çatdıraraq çağdaş “Rus divi”ndən qurtulma yolunu göstərir: “Nizami öz zamanında yaşayan lejan üzərinə olacaq, Iskəndər ordusu ilə qarşılaşan Rus ordusundan bir qəhrəman tipinin bizə tam bir təsvirini verir: Savaşın altıncı günündə Rus ordusundan adama bənzəməyən div kimi birisi meydana atılaraq qarşısına çıxan bütün pəhləvanları yenir. Silah batmayan və güc yetməyən bu ”div"i Iskəndər qullandığı tədbirlə özü bərtərəf etmək zorunda qalır və ancaq bu əcayib məxluqun əsir edilməsindən sonradır ki, Rus ordusu məğlub olur.
“Köhnə tarixləri təzələyən” Nizami Gəncəli yaratdığı Iskəndər obrazı ilə “Hindu qaralığından, Rus sarılığından dünyanı gəlin otağı kimi təmizlə”mək istəmişdir. Bu düşüncə 2015-cü ildə də gündəlikdədir. Qafqazın bütün ulusları – Gürcülər, yanlış yol tutmuş Ermənilər, Qafqaz elləri “Rus bəlası”ndan Türklərlə Türkiyə Cümhuriyəti, eləcə də Azərbaycan Respublikası ilə ekonomik, mədəni-mənəvi, geosiyasi birlik yaratmaqla qurtula bilərlər! Bu işdə Azərbaycan Respublikasına böyük görəv düşür. Azərbaycan türkləri Qafqaz ulusları, ellərilə toplumsal, politik, ekonomik, kültürəl ilişkilərini gücləndirməli, Azərbaycan Respublikasının Ağalığı isə Qafqazla bağlı düşünülmüş geopolitika yürütməlidir.
Sözardı: Ola bilsin, bir çox yaşıl oxucu Məhəmməd Əmin bəyin dilindəki çətin Ərəb-fars sözlərini yaxşı anlamasın. 2011-ci ildə taysız “Azərbaycan şairi Nizami” bitiyinin “Bitkin çapı”nı işlərkən, sayğılı Xaliq Bahadır onu Ərəb-fars sözlərindən arındır, desə də, Azərbaycan toplumun bilimçilərinin, aydınlarının da buna sağlanmış olmadığını düşünüb, etmədik. Indi isə gücümüz yoxdur! Gələcək soylar bağışlasın!