Neft yenidən düşməyə başlayıb. Bu gün sürətlə, qısa bir müddətdə təxminən 1,4% düşən brent neftinin qiyməti 62,80 dollara enib. Brent neftinin qiyməti Mayın əvvəlində 69 dollara çıxmışdı.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Birliyi OPEC-in İyunun əvvəlində toplantısı keçiriləcək. Toplantıda hasilat kvotasının azaldılması barədə qərarın veriləcəyi gözlənilmir.