“Azadlıq” qəzetinin saytı (www.azadliq.info) yenidən ciddi haker hücumuna məruz qalıb. Hücumlar mayın 17-də və 23-də qeydə alınıb.
HTTP üzərindən DDOS flood tipli hücumlar Rusiya, Almaniya və Azərbaycan serverlərindən təşkil olunub və fasilələrlə davam edib. Server administratorlarının verdiyi məlumata görə, hücumların əksəriyyəti müəyyən yazılara qarşı təşkil olunub.
Adminisratorların səyi nəticəsində saytın fəaliyyətini saxlamaq münkün olsa da, hücumlar nəticəsində saytda müəyyən ləngimələr olub.