Rusiya prezidenti Vladimir Putinlə Britaniya baş naziri Devid Kemeron arasında telefon söhbəti olub. Yarım saat davam edən söhbət zamanı Suriya və Ukraynadakı münaqişələr müzakirə olunub. Liderlər bu qənaətə gəliblər ki, İŞİD-in durdurulması ilə Suriyadakı daxili savaşa çözüm tapmaq olar. Və bu həm Britaniya, həm də Rusiyanın marağındadır. Qərara alınıb ki, hər iki liderin təhlükəsizlik məsələləri üzrə müşavirləri bir araya gələrək məsələni ətraflı müzakirə etsinlər. Bəşər Əsədin Suriyadakı münaqişənin həllinə töfhə verməyəcəyini bildirən Kemeron və Putin Suriya müxalifətinin radikal olmayan qanadı ilə görüşlərin keçirilməsinə qərar veriblər.
Ukraynadakı münaqişəyə gəlincə, Britaniya baş naziri Putinə bildirib ki, əsas məsələ Minsk sazişinin şərtlərinin tam şəkildə icrasıdır. Kemeron hesab edir ki, münaqişə ilə bağlı Üçlü Təmas Qrupu bir araya gəlməli və əsas problemlər üzərində işləməlidir.
Gültəkin