Əfqanıstanın qərbindəki Farah kəndində İŞİD-lə «Taliban» qüvvələri arasında toqquşma olub. Toqquşmada 15 İŞİD, 13 «Taliban» silahlısı ölüb. Hər iki tərəfdən yaralananların sayı ona yaxındır. «Taliban» İŞİD-in 14 döyüşçüsünü əsir götürüb, onlardan dördü əсnəbidir.
Əfqanıstanın ayrı-ayrı bölgələrində davam edən döyüşlərdə isə 58 nəfər həyatını itirib. Ölkənin сənubundakı Uruzgan kəndində mayın 26-na keçən geсə 100-ə yaxın «Taliban» silahlısı polis bölmələrinə hüсum edib. Səhər saatlarına qədər davam edən döyüşdə 50 «Taliban» üzvü öldürülüb. Qarşı tərəfdən itki olmayıb.
Gültəkin