Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasına müraciət edərək mülki vətəndaşlarını Husilərin – şiə qiyamçıların hücumundan qorumaq üçün kömək istəyib. Yəmən prezidenti Mansur Hadi bildirib ki, hazırda ölkənin Taiz şəhəri Husilər və keçmiş prezident Əli Abdulla Salih tərəfdarlarının aramsız hücumlarına məruz qalır. Əsasən mülki vətəndaşların sıx olduğu yerlərə olan hücumların nəticəsində onlarla insan həyatını itirib: «Husilər Taiz şəhərinin ən böyük xəstəxanası daxil olmaqla bir çox əhəmiyyətli müəssisələri bombardman ediblər. Həkimlər təhlükəsizliyə görə həmin bölgələrə gedə bilmirlər. Başda BMT Təhlüykəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyətə, sülh və sabitliyi dəstəkləyən dost dövlətlərə çağırış edirəm – Yəməndə mülki vətəndaşların müdafiəsinə dəstək verin, qətliamı durdurun!».
Gültəkin