Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə cavab verib. BŞİH-in cavabında bildirilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şura mayın 31-də ”Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı meriyaya müraciət etmişdi. BŞİH-in cavabına münasibət bildirmək üçün Milli Şuranın mitiqn komitəsinin sədri Fuad Qəhrəmanlıya müraciət etdik. O bildirdi ki, mitinqlə bağlı sabah Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qərar veriləcək.
azadlıq.info