«İraqlı əsgərlərdə döyüşmək istəyi yoxdur»
ABŞ-ın müdafiə naziri Eşton Karter CNN-ə açıqlamasında İraqın Ramadi şəhərinin niyə itirildiyinə aydınlıq gətirib. Pentaqon rəhbərinin fikrincə, əsas səbəb iraqlı əsgərlərdə döyüş istəyinin olmamasıdır: «Ramadini itirdilər, çünki döyüşmədilər. İraqlı əsgərlər sayca İŞİD silahlılarından heç də az deyil. Əksinə, sayları daha çoxdur. Bununla belə, döyüşmədilər və bölgədən çəkildilər. Bu vəziyyət bizə belə bir mesaj verir ki, iraqlıların İŞİD-lə mücadilə və özlərini qoruma istəyi ilə bağlı problem yaşayırıq».
Nazir bildirib ki, ABŞ iraqlı əsgərlərə həm təlim, həm də başqa sahələr üzrə dəstək verə bilər. Amma döyüşmək istəyi Birləşmiş Ştatların verəcəyi bir şey deyil: «ABŞ və koalisya qüvvələrinin hava zərbələri davam edir və bunların çox böyük təsiri var. Amma təbii olaraq bu hücumlar iraqlı əsgərlərin döyüş əzminin yerini verə bilməz. Düşünürəm ki, bir az vaxt versək, bu istəyi artırarlar. İŞİD yalnız onların ürəklə savaşacağı təqdirdə, məğlub ola bilər».
Gültəkin