Qızıl, ABŞ Mərkəzi Bankı Fedin sədri Jantet Yellenin faiz artımının bu il həyata keçirilməsinin mümkün olduğu siqnalını verməsi və dolların möhkəmlənməsi ilə iki həftənin ən aşağı səviyyəsinə düşüb.
Bu gün qızılın unsiyasının qiyməti 0.1 faiz dəyərdən düşərək 1204 dollardan əməliyyat olunaraq, 13 Maydan bu yana görülən ən aşağı səviyyə olan 1201 dollara yaxınlaşıb.
Qızıl əməliyyatları aparanlar, ABŞ-da faizlərin artırılmasının faiz gəliri olmayan qızıla tələbatı azaldacağını düşünürlər.
GOLDMAN: QIZILIN UCUZLAŞMASI DAVAM EDƏCƏK
Goldman Sachs, qızılın unsiyasının qarşıdakı üç ayda 1180 dollara, altı ayda 1150 dollara və 12 ayda 1050 dollara düşəcəyi barədə yenidən proqnoz varib.
Goldman Sachs Group-un əmtəə hesabatında, "Dollarda davam edən möhkəmlənmənin və ABŞ-da faizlərin artırılmasının qızılın qiymətini daha da aşağı salacağını gözləyirik" deyilir.
NEFT DƏ DÜŞƏCƏK
Goldman əmtəə qiymətlərindəki normallaşmanın müvəqqəti olduğu güman edərək proqnozlarını aşağı salıb. Bank ən böyük azalmanı misdə gözlədiyini qeyd edərkən, neft qiymətlərinin 3-cü rübdə 1-ci rübdəkindən aşağı səviyyələrə enəcəyini qeyd edib.