Ermənistan vətəndaşı özünün “Mercedes” markalı maşını ilə 4 azərbaycanlının üstündən keçib.
Virtualaz.org saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədəki azərbaycanlılar arasında böyük hay-küyə səbəb olmuş bu yol-nəqliyyat hadisəsi azərbaycanlıların kompakt halda yaşadığı Sadaxlı kəndinin yaxınlığında baş verib.
Xəbərə görə, Ermənistanın Gürcüstanla həmsərhəd Baqrataşen kəndinin sakini Narek Yesoyan daha sonra idarəetməni itirib. Nəticədə onun avtobomili “BMW” markalı maşınla toqquşub. “BMW”nin sükanı arxasında olan şəxs isə Sadaxlı kənd sakini Emil İlyasov adlı azərbaycanlı imiş.
Qəzada xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb olan erməni sürücü saxlanılıb. Gürcü polisi erməni sürücünün sərxoş olduğunu müəyyənləşdirib.