Müsavatın Suraxanı rayon təşkilatının bir qrup üzvü bu gün bəyanat yayaraq partiyadan istefa verib.
Report.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, istefa qararı Müsavatın VIII qurultayından sonra partiya rəhbərliyinmin yürütdüyü siyasətə narazı olanların təşkilatdan çıxarılmasına etiraz olaraq verilib.
Sənəddə deyilir: "Biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk:
1. Rəfiqə Qədimbəqli – şura üzvü
2. Xələf Qafarov – üzv
3. Asif Mustafayev – üzv
4. Füzuli Məmmədov – üzv
5. Ənvər Ağamalıyev – üzv
6. Vaqif Tağıyev – üzv
7. Natiq Hüseynov – üzv
8. Gülbəniz Nəbiyeva – üzv
9. Cavidan Nəbiyev – üzv
10. Mustafa Mustafayev – üzv".