FHN-nin Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində ölüm hadisəsi baş verib. "N" saylı hərbi hissədə xidmət keçən 1990-cı il təvəllüdlü Babaşov Tapdıq Əlizamin oğlu həlak olub. Onun 4-cü mərtəbədən yıxılaraq bədən xəsarət aldığı, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirildiyi, lakin həyatını xilas etməyin mümkün olmadığı deyilib. Lakin əsgərin anası oğlunun yıxılaraq öldüyünü yox, öldürüldüyünü deyir. Başqa bir yaxını isə Tapdıqın qolunda kəndir izlərinin olduğunu bildirir. Hadisə mayın 22-i gecə saatlarında baş verib.
azadliq.info