ABŞ prezidenti Barak Obama-nın uzun müddətdir @BarackObama adı ilə Twitter-də hesabı vardı. Ancaq bu hesab daha çox rəsmi xarakter daşıyır, siyasi məzmunu tvitlər yazılır. Mayın 18-də isə Obama şəxsi hesabı @POTUS –la Twitter-ə qoşulub. ABŞ prezidenti qısa müddətdə Twitter-də rekorda imza atıb. Xalqla daha rahat ünsiyyət qurmaq istəyən Obama-nın şəxsi hesabını ilk 5 saatda 1 milyon nəfər izləməyə başlayıb. Barak Obama hazırda 6 tvitlə 2 milyon 350 minədək izləyiciyə malikdir.