«Real Madrid»in ulduz oyunçusu Kriştiano Ronaldoya fantastik transfer təklifi gəlib. İspaniya mətbuatının yazdığına görə, Fransanın «Paris Saint-Germain» klubu futbolçunu almaq üçün 300 milyon avro təklif edir. Bu pulun 175 milyonu Ronaldoya, yerdə qalanı isə kluba çatacaq. Son vaxtlar K.Ronaldonun «Real Madrid»dən ayrılacağı barədə xəbərlər yayılır. Hələlik portuqaliyalı futbolçu bu xəbərlərlə bağlı açıqlama verməyib.
«Paris Saint-Germain»a gəlincə, klubun Çempionlar Liqasının qalibi olmağı hədəflədiyini və Ronaldoya təklifin bu yolda atılan addımlardan yalnız biri olduğu bildirilir.
Gültəkin