İŞİD İraqla Suriya arasındakı sonuncu sərhəd qapısını da ələ keçirdi. Əl-Tanaf adlanan sərhəd qapısını tutmaqla İŞİD silahlıları İraqın Ramadi şəhəri ilə (bu şəhəri də bir neçə gün əvvəl ələ keçirmişdilər) Suriyanın Palmira şəhəri arasında əlaqə yaradıblar. BBC İŞİD silahlılarının irəliləməyə davam etdiyini, növbəti şəhərlərə doğru yol aldıqlarını bildirir.
Ağ Evin sözçüsü Josh Earnest İŞİD probleminin bir gecə içində çözülməyəcəyini, İraq və Suriyada bu qruplaşmaya qarşı mübarizə aparacaq ciddi qüvvələr olmayanadək çətinliklərin davam edəcəyini bildirib.
Gültəkin