“Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir”
Riqada “Şərq tərəfdaşlığı” sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun deklarasiyanı imzaladılar.
Bu barədə Polşanın XİN başçısı Qjeqoj Sxetına bəyan edib.
“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, – o deyib.
Qjeqoj Sxetina bildirib ki, “Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir”.
Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.
“Əlbəttə ki, bunsuz deklarasiya qəbul olunmazdı”, – o jurnalistlərin sualına cavab verib.
“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını nəzərdə tutur.
Son üç ölkə ötən il Aİ ilə assosiativ tərəfdaşlıq barədə saziş imzalayıblar.