Bakıda baş verən dəhşətli yanğından sonra binada kirayə qalan sakinlərin kompensasiya məsələsinə Bakı meri bir daha aydınlıq gətirib.
Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək: "Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməli və həqiqətən də qonşuların şahidliyi ilə onların yanan binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək". (qafqazinfo)