Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun işçisi Yevgeniya Vasilyevaya qarşı davam edən məhkəmə prosesi başa çatıb. Məhkəmə, Yevgeniya Vasilyevanın nazirliyə aid daşınmaz əmlakın satışı zamanı 3 milyard rubl (60 milyon dollar) mənimsəməyə yol verildiyini aşkarlayıb. Məhkəmənin Qərarında eyni zamanda, Vasilyeva ilə bərabər Hərbi Hava Qüvvələrinin bir işçisinin və Müdafiə Nazirliyinin 3 əməkdaşının sui-istifadəyə yol verdikləri öz əksini tapıb.
azadliq.info