«ABŞ və onun müttəfiqləri öz strategiyalarını dəyişməlidi»
ABŞ senatoru Rob Portman prezident Barak Obamanı Ukraynaya kifayət qədər diqqət ayırmamaqda ittiham edib. Senator bildirib ki, Ağ Evin rəhbəri dünyanın müxtəlif yerlərindəki münaqişələrlə maraqlanarkən Ukraynanı da nəzərdən qaçırmamalıdır: «Ukraynalılar demokratiya uğrunda inanılmaz fədakarlıqlar ediblər. İndi onlar ABŞ və NATO tərəfindən iqtisadi, siyasi və hərbi dəstəyə ehtiyac duyurlar. Ukrayna xalqı on illərdir oturuşmuş və ölkəni zəiflətmiş korrupsiya ilə mübarizədə uğurlara imza atırlar. Eyni zamanda da Rusiyanın aqressiyası ilə üz-üzədirlər. Bu aqressiya təkcə biz istəyirik deyə, başa çatmayacaq. ABŞ və onun müttəfiqləri öz strategiyalarını dəyişməlidi. Ukrayna öz sərhədlərini və suverenliyini qorumaq gücündə olmalıdır. Atəşkəs rejimi işə yaramır. Obama da, bizim Qərbdəki bəzi müttəfiqlərimiz də sanki fəaliyyətdədirlər görüntüsü yaratmağa son verməlidilər. Sərhədin o bir tərəfində minlərlə rus əsgəri var. Ukraynanın mövqeləri hər gün atəşə tutulur. Rus tankları və əsgərləri sərhədi keçməyə davam edirlər. ABŞ və NATO-dakı müttəfiqlərimiz Ukrayna ordusunu gücləndirməklə kifayətlənməməli, başqa addımlar da atmalıdılar. Ukrayna tank əleyhinə silahlara, əlaqə aparatlarına, gecə görmək üçün avadanlıqlara və bu kimi, müdafiə vasitələrinə ehtiyac duyur. Konqresdəki müzakiərlər başa çatıb. İndi biz Obamadan liderliyini nümayiş etdirməsini gözləyirik. Belə fəaliyyətsizlik şəraitində isə Ukraynadakı münaqişə və qeyri-stabillik bir az da böyüyəcək».
Gültəkin