Mayın 10-da Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün əsas müzakirə mövzusu Ukrayna olacaq. Bu barədə Putinin köməkçisi Yuriy Uşakov məlumat verib. Uşakovun sözlərinə görə, liderlər Almaniya ilə Rusiya arasında əməkdaşlığın fəallaşdırılması istiqamətində də fikir mübadiləsi aparacaqlar. Xatırladaq ki, əksər Avropa liderləri kimi, Angela Merkel də mayın 9-da qələbənin 70 illiyi ilə bağlı Rusiyada keçiriləcək parada qatılmayacaq. Merkel savaşda ölənləri mayın 10-da Moskvaya səfəri zamanı yad edəcək.
Gültəkin