Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə tez-tez tənqidlər səsləndirən Türkiyə baş nazirinin müavini Bülənt Arınç növbəti dəfə sərt danışıb. Polisin Manisada «Gülən camaatı»nın dərnəklərinə qarşı həyata keçirdiyi əməliyyatı pisləyən Arınç «ayıbdır, günahdır» deyərək üsyan edib: «Təbliğat görüşlərində Manisa sakinlərindən səs istəyəcəm. Bəs, mənə deməzlərmi ki, biz səni tanıyırıq, sevirik. Sən də bizim tanıdığımız insanlara hücum edirsən. Bu iradlara nə cavab verəcəm? Ayıbdır, günahdır. Kifayət qədər dəlil yoxdursa, bunu etmək doğru deyil. STK təşkilatlarına basqın edirlər. Polis günün günorta çağında dosyelərə baxmaq adıyla müəllimlərin, təlimçilərin dərnəklərinə girir. Görəsən, nə axtarırlar? Bu adamlar günahsızdır. Terror evi kimi basqın edirlər. Polis rəisini çağırıb soruşa bilməmişəm. Ağıllı bir mübarizə hüquqi müstəvidə həyata keçirilməlidir. Məhkəmə qərarı olmadan hər bin insan təqsirsiz sayılır. Mübarizəmizi bütün bunlara diqqət yetirərək aparmalıyıq».
Qeyd edək ki, Ərdoğanla bağlı tənqidlərindən sonra Bülənt Arınçı «Gülən camaatı»na yaxınlıqda ittiham ediblər. Arınç bu ittihamları rədd etsə də, «Gülən camaatı»nın içində qiymətli insanların olduğunu bildirib.
Gültəkin