Dünya üzrə qaçqınların sayı rekord həddə çatıb. Norveç Qaçqınlar Şurasının məlumatına görə, hazırda dünyada 38 milyon qaçqın var. Təkcə 2014-cü ildə 11 milyon insan ölkələrindəki münaqişələrə görə öz yurdlarını tərk etmək məcburiyyətində qalıb. Humanitar təşkilatlar beynəlxalq ictimaiyyəti münaqişələrin həllinə dəstək verməyə, qaçqınlara yardımlarını əsirgəməməyə çağırıblar.
Norveç Qaçqınlar Şurası dünya üzrə hər gün 30 min insanın qaçqın düşdüyünü bildirir.
Gültəkin