Nəsimi rayon məhkəməsi mayın 6-da jurnalist Rauf Mirqədirovun həbs müddətini daha 4 ay uzadıb.
Vəkil Fuad Ağayevi Turana verdiyi məlumata görə, məhkəmə iclasında jurnalistin özü də iştirak edib.
O həbs müddətinin uzadılması və ümumilikdə ittihamın əsassız olduğunu bildirib.
Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.
Rauf Mirqədirov, 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilİb və dərhal da həbs olunub.
O Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.
Jurnalist ittihamı rədd edir.