Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə Turində "Yuventus" və "Real" (Madrid) üz-üzə gəlib. Oyunda hesabı meydan sahibləri 9-cu dəqiqədə meydan sahibləri açdı. Morata keçmiş klubunu məyus etdi. 27-ci dəqiqə "Real" Ronaldonun vurduğu qolla hesabı bərabərləşdirsə də, 58-ci dəqiqədə Teves pennalti zərbəsindən "Yuventus"a qələbə qazandırdı.
Bu komandalar arasında təkrar oyun mayın 13-də keçiriləcək.