ATƏT Parlament Assambleyası (PA) Rusiyanı Ukraynanın şərqində separatçılara mütəmadi dəstək verməkdə, adıçəkilən ərazidə savaş mühiti yaratmaqda ittiham edib. Assambleyanın Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin rəhbəri İzabel Santos bildirib ki, Donbasdakı böhran ən qısa zamanda həllini tapmalı, insanların işgəncəyə məruz qalmasına son qoyulmalıdır. Portuqaliyadan olan deputat Krımda insan haqlarının durumuna da diqqət çəkib. Onun sözlərinə görə, Krımın işğalçı rəhbərliyi bir çox tatarların öz torpaqlarını tərk etməsinə, müstəqil media orqanlarının qapadılmasına səbəb olub. Baş verənlərdən ciddi narahatlıq keçirdiyini deyən Santos Ukrayna rəhbərliyinə də çağırış edib. Komitə rəhbəri bildirib ki, əvvəlki hakimiyyətin dövründə öldürülən aksiyaçıların istintatıqı tezləşdirilməli, günahkarlar məsuliyyətə cəlb edilməlidir.
Gültəkin