ABŞ dövlət katibi Con Kerri Somaliyə qəfil səfər edib. Təhlükəsizlik məqsədilə dövlət katibinin bu səfəri barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Elə eyni səbəbdən Kerri səfər boyunca hava limanından kənara çıxmayıb. Prezident Şeyx Mahmud və baş nazir Ömər Abdurrəşid Əli Şermarke ilə görüşən Kerrinin «Əl-Qaidə»nin nəzarətində olan Əş-Şəbab qruplaşması ilə bağlı müzakirələr apardığı bildirilir. Somalidən sonra dövlət katibinin Cibutiyə səfər edəcəyi deyilir.
Gültəkin