Finladiyanın Silahlı Qüvvələri ehtiyatda olan 900 min hərbiçiyə çağırış vərəqəsi göndərib. Ordunun Ukraynadakı münaqişəyə görə Skandinaviya ölkələri ilə Rusiya arasında münasibətlərin pisləşməsi fonunda səfərbər edildiyi bildirilir. Finlandiya Silahlı Qüvvələrinin nümayəndəsi Mika Kalliomanın sözlərinə görə, məqsəd, hərbi müdaxilənin olacağı təqdirdə ehtiyatda olan qüvvələrə rollarını izah etməkdir.
Bu ilin aprelində Finlandiya NATO üzvü olan Norveç, Danimarka və İslandiyaya qoşularaq onlarla birgə bəyanat vermişdi. Həmin bəyanatda adıəçkilən ölkələr Rusiyadan gələ biləсək təhlükələrə qarşı sıx əməkdaşlığa hazır olduqlarını elan etmişdilər. Həmçinin bildirmişdilər ki, beynəlxalq hüquq normalarına zidd olsa da, Rusiya öz siyasi maraqları naminə hərbi gücə əl atmağa hazırdır.
Gültəkin