Putin ağlını itirsə belə nüvə düyməsini basmayacaq. Bunu Putinlə birgə təhsil alan keçmiş sovet kəşfiyyatçısı, hazırda ABŞ-da maliyyə analitiki olan Yuri Şvets deyib. Onun sözlərinə görə, nüvə müharibəsinə başlamaq üçün ilk zərbəni vurmaq və rəqibin raket qurğularını vurmaq lazımdır. Qarşı tərəfdən cavab zərbəsi gələndə isə onun qarşısını almaq imkanı olmalıdır. Nə SSRİ-nin, nə də Rusiyanın ilk zərbəni vurmaq potensialı olmayıb.
Keçmiş kəşfiyyatçının dediyinə görə, Rusiya raketləri ABŞ-ın iri şəhərlərini dağıda bilər. Lakin cavab zərbələrinin qarşısını ala bilməz. Bundan əlavə, sovet, həmçinin Rusiya raketlərinin dəqiqliyi pisdir. Bu da zərbələrin dəqiqliyinə zəmanət vermir. Ona görə də Putin bunu etmək istəsə də, yoldaşları onu nüvə raketlərinə əl atmamağa inandıra bilər.
azadlıq.info