ABŞ-ın keçmiş prezidenti Corc Buş hazırkı prezident Barak Obamanı yürütdüyü siyasətə görə sərt tənqid edib. Las Veqasda keçirilən xeyriyyə tədbirinə qatılan C.Buş çıxışı zamanı bildirib ki, Obama İŞİD-ə qarşı mübarizə strategiyasını inkişaf etdirmir: «Prezident Obama İŞİD-i zəiflətmək və ya yox etmək barədə vəd versə də, bunun üçün lazımi strategiya qurmayıb. Əgər hərbi sahədə bir hədəfiniz varsa, ordunu çağırıb planın nə olduğunu soruşmalısınız. Güclü bir prezident olmaq istəyirsənsə, verdiyin vədə əməl etməlisən».
«Bloomberg View»nun xəbərində o da qeyd olunur ki, Buş İranla nüvə sazişinin gələcəkdə Amerikanın zərərinə işləyəcəyini də bəyan edib: «Yaxın Şərqdə xaotik vəziyyətin hökm sürdüyünü düşünürsüz. Bunun nəvələrimizə necə görünəcəyini təsəvvür edin. Amerikalılar da nüvə sazişinə belə baxmalıdır».
Buş Tehran üzərindəki sanksiyaları ləğv etməyə çalışan Obamanın İranın həqiqi niyyətindən xəbərsiz olduğunu bildirib. Keçmiş prezident Obamanı Bağdad hökuməti ilə müzakirə aparmadan oradakı ABŞ əsgərlərini geri çəkməkdə də ittiham edib.
Gültəkin