«İsrailin yolu ilə gedirlər, xain və ikiüzlüdülər»
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandiri, general Məhəmməd Əli Cəfəri Səudiyyə Ərəbistanını İsrailin yolu ilə getməkdə ittiham edib. Generalın sözlərinə görə, Səudiyyə Ərəbistanı utanmadan bütün İslami qaydaları çeynəyib müstəqillik istəyən, hegemon rejimə qarşı çıxan bir müsəlman öləksinə hücum edib: «İranın dövlət xadimləri bəzi səbəblərə görə Səudiyyə ilə bağlı danışa bilmirdilər. Lakin Yəmənə hücumdan sonra Səudiyyə Ərəbistanının xain siması üzə çıxdı. Artıq ikiüzlülük maskası arxasında gizlənə bilməzlər. Yəmən xalqını bombardman edərək qətliam həyata keçirirlər. Səudiyyə xanədanının süqutu yaxanlaşır. İslam İnqilabının ilk dalğası komunizmin süqutuna səbəb olmuşdu. Növbəti dalğalar Səudiyyənin çöküşü ilə nəticələnəcək».
Gültəkin