Vəli Xramçaylı 1955-ci il aprel ayının 27-də Sibirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Azərbaycan təbiəti” jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hazırda “Ocaq” qəzetinin təsisçisi və baş redaktorudur. Beş şeir kitabının müəllifidir.
Vəli Xramçaylı istedadlı şair və jurnalist olmaqla yanaşı, əsl vətəndaş, dəyərli ziyalıdır. O, bütün həyatını şərəflə yaşamış, həqiqətləri dilə gətirməkdən çəkinməmiş, doğru bildikləri uğrunda mübarizə aparmışdı.
Bu gün dəyərli ziyalının 60 yaşı tamam olur. Biz də bu doğum günü münasibətilə şairi təbrik edirik və yaşadığı mənalı ömrə görə təşəkkürümüzü bildiririk.
Arzu edirik ki, hər zaman belə şux, enerjili, gülərüz, həyat eşqi ilə dolu olsun. Bundan sonrakı faliyyətində də dəyərli şairimizə yaradıclıq uğurları, ailə səadəti və xoş günlər arzu edirik. Tanrı sizi qorusun. Ömrünüz uzun, kədəriniz qısa olsun. Sizin kimi ziyalılarla fəxr edirik.
60 yaşınız mübarək olsun.
“Azadlıq”