Ölkə daxilində ipotekanı 8 faizlə verən hökumət xaricdə ən yaxşı halda 4.5 faizlə gəlir götürür
Ingiltərənin ən böyük banklarından biri olan HSBC, baş ofisini ölkə xaricində bir yerə köçürməyi planlaşdırır.
Bankın Ingiltərədəki vergilər və Londonda fəaliyyət göstərməyin yaratdığı yüksək xərclər səbəbindən belə bir qərar çıxardıldığı bildirilir.
Bank səhmdarları, HSBC-nin baş ofisini Asiyaya, xüsusilə də Honq Konqa köçməyə çağırırlar.
Bankdan verilən açıqlamada, “Problem mürəkkəbdir və nəticənin həm nə vaxt ortaya çıxacağını, həm də nə olacağını indidən söyləmək çətindir, amma iş başladı” deyilir.
HSBC gəlirlərinin böyük hissəsini Ingiltərə xaricindəki fəaliyyətlərindən əldə edir. Asiya hesablarından əldə etdiyi mənfəət bankın Bankın mənfəətinin 80%-ini təşkil edir.
Yayılan məlumatda Azərbaycan üçün də diqqət çəkən bəzi məqamlar var.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib. Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini alıb.ÿ Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqıÿ 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilib. Qeyd edilən bank hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.ÿ
Amma Azərbaycanın neft pullarının bu formada idarə etməsi maraqlı mənzərə yaradır. 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksi ildə 9,65 milyon funt sterlinq gəlir gətirir. Bu isə yatırılan maliyyənin xalis illik gəlirlilik səviyyəsinin 4,5% olduğunu göstərir. Amma qəribə mənzərə bundan ibarətdir ki, Azərbaycan hökuməti öz vətəndaşına ipotekanı illik səkkiz faizlə verir. Əgər bu tip investisiyaların yatırılmasında başlıca məqsəd gəlir əldə etməkdirsə, həmin vəsaiti daxilə yönəltmək daha məntiqli olardı. Biz heç də bununla daxildəki faiz dərəcələrinin ədalətli olduğuna bəraət qazandırmaq niyyətində deyilik. Həmin faiz dərəcələri də vətəndaşın real gəlirlərinə uyğun olaraq aşağı endirilməlidir. Amma bu edilmir. Devalvasiyaya qədər isə bankların əhaliyə təqdim etdiyi istehlak kreditlərinin də faiz dərəcəsi olduqca yüksək idi. Faiz dərəcələri ən yaxşı halda 28-35 faiz arasında dəyişirdi. Bahalı kreditlər iqtisadiyyatın inkişafının qarşısını alan, sosial rifahın yaxşılaşmasını əngələyən faktorlardan sayılır. Dövlət siyasətinin yanlış seçilməsi bir daha dövlət vəsaitlərindən istifadəni səmərəsiz edir.
Hikmət