Hakimiyyətdə iki vəzifə tutmaq yalnız 2 Əli Həsənova qismət olub. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Kommitəsinin sədri, sonradan Baş Nazirin müavini Həsənov Əli Şamil oğlu hər iki vəzifənin öhdəsindən məharətlə gəlir.
Bu yaxınlarda əslən Cəbrayıl rayonundan məcburi köçkün, 81 yaşlı Gülsüm nənə bir neçə cəhddən sonra Əli Həsənovun (Qaçqınkom) qəbuluna düşə bilib. Nənəyə 5 mərtəbənin 5-ci mərtəbəsindən mənzil verildiyinə görə, çıxıb-düşmək yaşlı adam üçün problemə çevrilibmış. Bu səbəddən mənzilinin mərtəbəsini dəyişmək qərarına gəlir. Qəbul zamanı Gülsüm nənə problemini Əli Həsənova agah edir.
Əli Həsənov nənəyə bildirir ki, heç narahat olmasın, tezliklə problemi həllini tapacaq. Nənə minnətdarlıq edərək Əli Həsənova bildirir: “Sağ olun ki, Sizin Sumqayıtda mal bazarınız var, oğlum oradan mal ayağı alıb, ütüb satmaqla ailəsini dolandırır”.
Cavabında Əli Həsənov: “Ay bacı, nə mal bazarı? Bu sözü burada dedin, bir də özgə yerdə demə! Mənim heç toyuq hinim də yoxdur!”
Şakir