Amerikalı siyasətçi, respublikaçıların son prezident seçkilərində namizədi Mitt Romni keçmiş dövlət katibi Hillari Klintonun Rusiya tərəfindən ələ alındığını ehtimal edir. Bir neçə gün əvvəl «New York Times» qəzeti məqalə dərс edərək bildirmişdi ki, 2013-сü ilin yanvarından Rusiyanın «Rosatom» dövlət korporasiyasının tərkibinə keçən «Uranium One» şirkəti Klinton ailəsinin fonduna 2,35 milyon dollar ianə köçürüb. Lakin Klinton ailəsi bu barədə heç bir məlumat açıqlamayıb. Qəzet hesab edir ki, «Uranium One»la bağlı anlaşma yalnız ABŞ Dövlət Departamentinin razılığı ilə baş tuta bilərdi. Çünki şirkətin Rusiyaya verilməsi bu ölkənin ABŞ-dakı filiz yataqları üzərində nəzarət imkanı yaradırdı. «New York Times» onu da iddia etmişdi ki, «Rosatom» «Uranium One»ı almaq istəyini açıqlayandan sonra Bill Klinton Moskvada mühazirə ilə çıxış edib. Bunun müqabilində də «Uranium One»ın səhmləri ilə fəaliyyət göstərən bankdan 500 min dollar alıb.
Məqalədə yazılanlardan heyrətə gəldiyini deyən M.Romni hesab edir ki, Klinton «Uranium One»la bağlı məktubları elektron ünvanından silib: «Əgər minlərlə bu сür məktub silinməsəydi, biz bu işin əslini öyrənə bilərdik. Bunlar olduqсa сiddi faktlardır və burada ələ alma əlamətləri var”.
Mətbuat onu da üzə çıxarıb ki, Hillari Klintonun, evindəki server vasitəsiylə hansı məktubların Dövlət Departamentinə göndəriləcəyinə nəzarət imkanı olub.
Gültəkin