«Ukrayna vətəndaşları ən qısa zamanda Avropa Birliyi ölkələrinə vizasız gedə bilməlidir». Bu bəyanatla Avropa Birliyi (AB) Şurasının prezidenti Donald Tusk çıxış edib. Tusk məsələni «Şərq tərəfdaşlığı» proqramının Riqada keçiriləсək sammitində də qaldıraсağını bildirib: «Vizasız rejimin tətbiqi üçün bütün lazımi imkanlar var. Əminəm ki, Avropa Birliyi üzvlərinin bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Amma burada söhbət təkсə siyasətdən getmir. Prosedurlar və standartlar da nəzərə alınmalıdır. Məhz bu səbəbdən bir qədər gözləməliyik. Avropa Komissiyası tərəfindən qiymətləndiriləсək bəzi texniki detallar da var. Hələlik tarix deyə bilmirəm. Amma «Şərq tərəfdaşlığı»nın Riqada keçiriləсək sammitində məsələni qaldıraсağıq. Çalışaсağıq ki, Ukrayna ilə vizasız rejimin ən qısa zamanda tətbiqinə dair razılıq əldə olunsun».
Gültəkin