Bu gün dünyanın bir çox yerində seysmoloji aktivlik olub
Nepalda çox sayda insan ölümü və yaralanması ilə nəticələnən zəlzələdən sonra bu dəfə Tayvanda yeraltı təkanlar qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Tayvanın Şərqi-Çin dənizi sahillərində maqnitudası 5.2 bal olan zəlzələ meydana gəlib. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji stansiyası xəbər yayıb.
Xəbərdə bildirilir ki, yeraltı təkanların episentri paytaxt Taybeydən 140 km məsafədə, adanın 14 km şimal-şərqində yerləşib.
Qeyd edək ki, şənbə günü Nepalda son 80 il üçün ən güclü zəlzələ meydana gəlib. Həlak olanların sayı 1,5 mini ötüb.