Türk Hava Yollarının sərnişin təyyarəsinin mühərrikində qəflətən problem yaranıb
Türkiyə hava Yollarına məxsus təyyarə havada alov alıb.
ANS PRESS-in məlumatına görə, İstanbuldan Milana uçan sərnişin təyyarəsinin mühərrikində qəflətən problem yaranıb. Nəticədə təyyarənin göyərtəsində yanğın başlayıb.
Özünü itirməyən pilot hava gəmisini Atatürk Havalımanına endirib. İstanbul-Milan reysini yerinə yetirən təyyarənin məcburi enişindən sonra ilk müdaxilə edilib.
Sərnişinlər təyyarədən evakuasiya edilib və hava gəmisinin yanan hissəsi söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.