Qüdsdə yaşayan ermənilər Türkiyə Baş konsulluğuna hücum ediblər.
ANS PRESS-in məlumatına görə, ermənilər 1915-ci il hadisələri ilə bağlı təşkil etdikləri yürüş zamanı Baş konsulluğun önünə gəliblər.
Müxtəlif şüarlar səsləndirməklə kifayətlənməyən ermənilər Baş konsulluğun önündə Türkiyə bayrağını yandırıblar.
Qüdsdə təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib. Ermənilər Baş konsulluğun önündən uzaqlaşdırılıb.