“Riyad Farm” şirkəti dərman bazarından çıxarılır. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, “Riyad Farmı” yeni yaradılan “Zeytun” şirkəti əvəzləyəcək. Qeyd edək ki, “Riyad Farm” şirkəti ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsusdur. Bu şirkət vaxtilə dərman bazarına demək olar ki, tam hakim kəsilmişdi.
Lakin sonradan hakim ailənin dərman biznesinə maraq göstərməsi “Riyad Farm”ın mövqelərini zəiflətdi. Bazarın əhəmiyyətli hissəsi hakim ailənin nəzarətində olan “Avromed” və “Zəfəran” şirkətlərinə verildi. “Riyad Farm”a isə respublika üzrə 100 aptekə dərman vermək imkanı tanındı. Daha sonra bu şirkətin nəzarətində olan baytarlıq ləvazimatlarının və dərman vasitələrinə də əl qoyuldu. Indisə “Riyad Farm”ın ümumiyyətlə dərman bazarından çıxarılması bu sahənin tam olaraq hakim ailənin nəzarətinə keçməsi deməkdir.