Qurum Avropa Birliyini nüvə müharibəsinə hazır olmağa çağırdı
Avropa Parlamenti Avropa Birliyini nüvə savaşına hazır olmağa çağırıb. Qurum hesab edir ki, bu, Rusiyadan qorunmağın ən yaxşı yoludur. «euractiv.com»un yazdığına görə, belə bir təkliflə Avroparlamentdə nəhəng siyasi qüvvə ilə təmsil olunan Avropa Xalq Partiyası çıxış edib. Partiyanın vitse-prezidenti Yatsek Sariuş-Volskiy bildirib ki, Rusiya ilə dialoq dili ilə danışmağın vaxtı başa çatıb: «İndi sərt siyasət yürütməyin zamanıdır. Müdafiə və təhlükəsizlik sahəsinə diqqət artırılmalıdır. Avropa Birliyinin şərq cinahı özünü təhlükədə hiss edir».
Rumınyadan olan deputat Kristian Den Preda bildirib ki, rumınların əksəriyyəti Vladimir Putinin Rusiyanı Dnestryanı ilə birləşdirmədən dayanmayacağı qənaətindədir.
Avroparlamentin başqa bir deputatı Roland Fryudenşteyn Avropanın müharibəyə hazırlığının bu günə qədər açıq müzakirəyə çıxarılmamasından təəssüfləndiyini bildirib: «Biz Avropanın prinsipləri və gələcəyi üçün savaşa hazır olduğumuzu açıq şəkildə diqqətə çatdırmalıyıq. Almaniyada NATO-nun nüvə potensialı «B-61» tipli sərbəst düşən bombalarla təqdim olundu. Hansıları ki, rus qoşunları bir zərbə ilə məhv edə bilər. Biz bunu dəyişməliyik. Avropa liderləri Rusiyaya başa salmalıdı ki, Kremlin davranışları qəbuledilməzdir və ona qarşı müqavimətə hazırdılar».
Gültəkin