Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir. İlk oyun günündə səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edirdi. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalıydı. Lakin ilk oyunda olduğu kimi, bu dəfə də Kataloniya təmsilçisi inamlı oyunla qələbə qazandı. «Barsa» Neymarın vurduğu iki qolla qələbə qazandı və yarıifinala adladı.
Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxa bilib. Almaniya klubu 6-1 hesablı qələbə qazanaraq növbəti mərhələyə keçdi.
Qolları «Bavariya»nın heyətində Alkantara, Boatenq, Levandovski (2 top), Müller, Alonso, «Portu»nun heyətinə isə Martnez vurub.
azadlıq.info