Koalisiya qüvvələri hədəfə çatdıqlarını bəyan etdilər
Səudiyyə Ərəbistanın başçılığı ilə 9 Körfəz dövlətinin Yəməndə şiə qiyamçılarına – Husilərə qarşı başlatdığı hərbi əməliyyatlar bu saatlarda başa çatıb. Bu barədə koalisiya qüvvələrinin nümayəndəsi Əhməd əl-Əsiri məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar öz hədəfinə çatıb və ona Yəmənin qanuni prezidenti Mansur Hadinin istəyi ilə son verilib. Bugündən isə ölkədə «Arzuların dirçəlişi» adı altında yeni əməliyyat başlanacaq. Bu əməliyyat ölkədə siyasi proseslərin bərpasına, terrorla mübarizəyə, Husilərin hərbi fəallığının qarşısını almağa yönələcək.
Əl-Əsiri onu da bildirib ki, koalisiya qüvvələrinin gəmiləri Yəmən sahillərində keşik çəkməkdə davam edəcək. Məqsəd, qiyamçılara dəniz yolu ilə silah göndərilməsinin qarşısını almaqdır: «Koalisiya əvvəlki kimi, Husilərin addımlarına mane olacaq, ölkə vətəndaşlarını qorumaqda davam edəcək».
Gültəkin