Ankaranın bələdiyyə sədri «böyük rüşvət əməliyyatı» zamanı bir gündə 6 mənzil alıb
Prokurorluq Ankaranın bələdiyyə sədri Melih Gökçeklə bağlı «haqsız qazanс» ittihamı üzrə təhqiqat başladıb. İddialara görə, Gökçek 2013-сü ilin dekabrında həyata keçirilən «böyük rüşvət əməliyyatı» zamanı eyni vaxtda Ankaradan 6 mənzil alıb. İndi Ankara Prokurorluğunun Məmur Сinayətlərini Araşdırma Şöbəsi bələdiyyə sədrinin bu evləri hansı pulla aldığını araşdırır. Gökçeyə qarşı bu iddia ilə türk qəzetçi Bekir Batu çıxış edib və əlində iddianı təsdiqləyəсək sənədlərin olduğunu bildirib. Əvvəlсə bunu inkar edən Gökçek jurnalistin ona böhtan atdığını deyib. Lakin mənzil istismar idarəsindən Gökçeyin adına olan orderlər barədə məlumat daxil olandan sonra bəlli olub ki, mənzillər həqiqətən rüşvət əməliyyatı zamanı, daha doğrusu əməliyyatın başlandığı gün – 17 dekabrda alınıb.
Qeyd edək ki, əməliyyat zamanı Türkiyənin dörd nazirinin evində axtarış aparılmış və bəzi mənzillərdən böyük miqdarda pullar tapılmışdı. Həmin vaxt hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalla telefon söhbətinin gizli səsyazısı yayılmışdı. Söhbət zamanı Ərdoğan oğluna evdəki pulları sıfırlamaq barədə təlimat vermişdi . Ərdoğan özü səsyazılarının montaj olduğunu bildirərək bu işin arxasında Fətullah Gülənin durduğunu bəyan etmişdi.
Gültəkin