Toşiba şirkəti tərəfindən istehsal edilən insana bənzər xüsusiyyətləri ilə hər kəsi təəcübləndirə biləcək Aiko Çihira robotu Yaponiyada alış-veriş mərkəzlərinin birində fəaliyyətə başlayıb. Bu robotun ilk təqdimatı keçən il Tokiyoda texnologiya salonlarının birində edilmişdir.