Xakasiyanın rəhbəri Viktor Zimin Rusiya prezidenti Vladimir Putindən onu respublika ərazisindəki yanğınlar səbəbindən yaranmış çətin vəziyyətə görə həbsinin bir qədər yubadılmasını xahiş edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, respublika rəhbəri Putinə iclasda belə bir müraciət ünvanlayıb: “Bizi bir qədər gec həbs edin, işləməyə imkan verin!”
Prezident Vladimir Putin bir müddət əvvəl baş verən yanğından sonrakı situasiya ilə tanış olmaq üçün aprelin 21-də Xakasiyaya gedib. Yerli sakinlərlə söhbət edən Putinə bu hadisəyə görə məsuliyyət daşıyan məmurların cəzalandırılacağını istisna etməyib.